Logo

ADPU-da professor Bülənd Himmətoğlu “Tədqiqat əsaslı tədris” mövzusunda təqdimat edib

30.10.2025 16:52 50 baxış
IMG

Oktyabrın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor Bülənd Himmətoğlunun “Tədqiqat əsaslı tədris” mövzusunda təqdimatı keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə ADPU-dan məlumat verilib.

Tədbirin açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, müasir dövrdə müəllimlərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, öyrədici prosesdə araşdırma mədəniyyətinin formalaşdırılması ali pedaqoji təhsilin əsas prioritetlərindəndir. Rektor bildirib ki, professor Bülənd Himmətoğlunun zəngin təcrübəsi bu baxımdan ADPU kollektivinə çox faydalı olacaq.

Daha sonra professor Bülənd Himmətoğlu “Tədqiqat əsaslı tədris” mövzusunda geniş təqdimatla çıxış edib. O, müasir təhsil sistemində tədqiqatyönümlü tədrisin əhəmiyyətindən, tələbələrin elmi düşünmə, problem həlletmə və analitik bacarıqlarının inkişafında bu yanaşmanın rolundan danışıb. Təqdimatda, həmçinin professor şəxsi təcrübələri əsasında bu günün müəllim modeli haqqında fikirlərini bölüşüb, müəllimi artıq öyrədən deyil, yol göstərici olaraq üzərinə düşən məsuliyyətlərinin daha da artdığını vurğulayıb.

 

Xəbər lenti