Logo

Ədəbiyyat İnstitutunun yeni nəşrləri

27.10.2025 17:45 41 baxış
IMG

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən, “Belarus xalq nağılları” kitabı nəşr olunub.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru dosent Aygün Bağırlı, tərtib edən və nəşrə hazırlayan filologiya üzrə fəlsəfə doktoru Məlahət Qədirovadır. Nəşrin rəyçisi filologiya elmləri doktoru Lyudmila Səmədovadır.

Kitabda müxtəlif illərdə Azərbaycan dilinə tərcümə edilmiş Belarus xalq nağılları toplanıb. Nəşr məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulub.

***

Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə “XX əsr Güney Azərbaycan milli demokratik poeziyası” kitabının birinci cildi çap  olunub.

İnstitutdan bildirilib ki, dosent Qəndab Haqverdi Əliyevanın hazırladığı bu antologiyada XX əsr Güney Azərbaycan şairlərinin əsərləri yer alıb.

Kitabın məsləhətçisi Sədyar Vəzifə Eloğlu, elmi redaktoru professor Vüqar Əhməd, rəyçiləri professorlar Qəzənfər Paşayev və Məhərrəm Qasımovdur.

Xəbər lenti