Logo

dlar Yurdu Universitetinin "Brend tələbə"ləri mükafatlandırılıb - FOTOLAR

29.10.2025 09:48 32 baxış
IMG

AzEdu.az Təhsil Portalı ilə ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib. 

AzEdu.az və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə OYU-da təhsil alan “Brend tələbə”lər təltif ediliblər. 

Tədbirdə AzEdu.az-ın baş redaktoru Ləman Novruzova, AzEdu.az Təhsil Portalının müxbiri Esmira Əliyeva, Odlar Yurdu Universitetinin tədris işləri üzrə prorektoru, dosent Qabil Qafarov və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

Mükafatlandırma mərasimi Ləman Novruzovanın açılış nitqi ilə başlayıb:

171148

"İlk növbədə hər birinizi salamlayır və mükafata layiq görülən tələbələri səmimi-qəlbdən təbrik edirəm. Yüzlərlə, minlərlə tələbə arasından seçilən 10 nəfər arasında yer almaq həm böyük qürur, həm də ciddi məsuliyyətdir. Bu, universitetinizin sizin tələbəlik dövründə göstərdiyiniz səyləri, bacarıqlarınızı və biliklərinizi yüksək qiymətləndirdiyini göstərir.

Əlbəttə, uğurlu tələbələri təhsil aldıqları universitetin dəyərləndirməsi çox vacibdir. Amma bu uğurların universitetdən kənarda da görünməsi, cəmiyyət və media tərəfindən diqqətə alınması daha böyük stimul yaradır, gəncləri yeni nailiyyətlərə ruhlandırır.

AzEdu.az Təhsil Portalı tərəfindən artıq 3 ildir həyata keçirilən bu layihənin əsas məqsədi də məhz budur -tələbələrin bacarığını önə çıxarmaq və onların səsini daha geniş auditoriyaya çatdırmaq. Gələcək hədəfimiz isə layihənin Azərbaycanın bütün universitetlərini əhatə etməsidir".

Daha sonra Qabil Qafarov "Brend tələbə" adına layiq görülən tələbələri təbrik edərək çıxışına başlayıb:

171131

"Qonaqlarımızı universitet rəhbərliyi adından səmimiyyətlə salamlayıram. Tələbənin ali təhsil həyatı yalnız akademik bilik qazanmaq və ixtisas üzrə mütəxəssis kimi formalaşmaqla məhdudlaşmamalıdır. Gəncin hərtərəfli yetişməsi - sosial, mənəvi və ictimai baxımdan inkişafı da bu prosesin vacib hissəsidir. Biz yalnız peşəkar kadr deyil, eyni zamanda fəal və cəmiyyətə faydalı vətəndaş yetişdirməyi qarşıya məqsəd qoymuşuq.

Bu baxımdan universitetimizdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı mühüm rol oynayır. Onlar gənclərin sosial həyatda iştirakını, ictimai münasibətlərdə fəallığını artırmaq, liderlik keyfiyyətlərini formalaşdırmaq üçün geniş imkanlar yaradır.

Biz əminik ki, bu layihədə iştirak edən və mükafat qazanan tələbələr öz seçimlərində yanılmayıblar. Onların bu uğuru bizi də sevindirir və qürurlandırır. Tədbirə qatıldığınız üçün hər birinizə təşəkkür edir, uğurlar arzulayıram".

Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.

2024-2025-ci tədris ili üzrə Odlar Yurdu Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

İnşallah Əhmədov- Təbiət və texnologiya fakültəsinin tələbəsi;

Səma Kazımova-İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Aysun Quliyeva-Təbiət və texnologiya fakültəsinin tələbəsi;

Əhmədəli Rəsulov-Təbiət və texnologiya fakültəsinin tələbəsi;

Eldar Əlizadə- Təbiət və texnologiya fakültəsinin tələbəsi;

İslam Həsənzadə-İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Aynur Abbaszadə- Humanitar, təhsil və dillər fakültəsinin tələbəsi;

Jasmin Sadıyeva-  İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Elmina İbadova- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;

Aişə Məmmədli - Təbiət və texnologiya fakültəsinin tələbəsi.

Xəbər lenti