Logo

Məktəblilər arasında respublika çempionatının rayon mərhələsi yekunlaşıb

27.10.2025 15:45 39 baxış
IMG

Məktəblilər arasında respublika çempionatının atletika idman növü üzrə rayon mərhələsi yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, rayon mərhələsinin nəticəsinə əsasən, Qaradağ rayonu üzrə 184, Nəsimi rayonu üzrə 5, Binəqədi rayonu üzrə 313, Yasamal rayonu üzrə 60, Xətai rayonu üzrə 17, Nizami rayonu üzrə 251, Nərimanov rayonu üzrə 207, Sabunçu rayonu üzrə 148, Suraxanı rayonu üzrə 280, Xəzər rayonu üzrə 322 nömrəli tam orta ümumtəhsil məktəblərinin, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziyanın şagirdləri atletika idman növü üzrə zona mərhələsinə vəsiqə qazanıblar.

Respublika çempionatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilir. Çempionatın keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sağlam və aktiv həyat tərzini təşviq etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisini, sinifdənxaric və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işlərini daha da təkmilləşdirmək, idmançıların yarış təcrübəsini artırmaq, idman federasiyaları ilə əməkdaşlığı genişləndirmək, təhsil müəssisələrinin idman bazalarından səmərəli istifadəni təşkil etməkdən ibarətdir.

Çempionatın 2025-ci ilin oktyabr-dekabr aylarında atletika, basketbol və badminton idman növləri üzrə keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti