Logo

1413 bağça müdiri diaqnostik qiymətləndirilmədən keçiriləcək

24.10.2025 09:22 56 baxış
IMG

2025-ci ildə ilk dəfə olaraq dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan rəhbər heyətin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən TƏHSİL.BİZ-ə verilən xəbərə görə, qiymətləndirmənin məqsədi rəhbər heyətin təlim ehtiyaclarını müəyyənləşdirmək, eləcə də nəticələr əsasında onların peşəkar inkişaf proqramlarına cəlb etməkdir.

Diaqnostik qiymətləndirmə MÜTDA tərəfindən xüsusi proqram təminatı vasitəsilə test imtahanı formasında keçiriləcək.

İştirakçılara ümumilikdə 60 sual təqdim olunacaq:

• “Pedaqoji liderlik” üzrə – 25 sual

• “İdarəetmə”üzrə – 15 sual

• “Rifah”üzrə – 10 sual

• “Pedaqoji etika və əməkdaşlıq” üzrə – 10 sual

İmtahanın müddəti 120 dəqiqədir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavablara təsir etmir və 0 bal hesab olunur. 

Qeyd edək ki, diaqnostik qiymətləndirmənin nəticələri rəhbər heyətin əmək münasibətlərinə təsir etmir, yalnız inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi məqsədi daşıyır. Dövlət məktəbəqədər təhsil müəssisələrinin diaqnostik qiymətləndirilməsi 10 şəhərdə yerləşən 12 mərkəzdə, ümumilikdə 1413 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti