Logo

Universitetlərdə təhsil ili azaldıla bilər – Açıqlama

21.10.2025 17:09 31 baxış
IMG

Azərbaycan universitetlərində təhsil müddətinin azaldılması təklif edilir. Bildirilir ki, artıq bir çox ölkələrdə bakalavriat təhsilinin müddəti 3, magistratura isə 1 ildir.

Ölkəmizdə ali təhsilin müddəti azaldıla bilərmi?

Globalinfo.az-a danışan təhsil eksperti Vüsal Kərimli deyib ki, bakalavr pilləsində təhsili 3 ilə endirmək olar:

vusal kerimli ekspert

Vüsal Kərimli

“Bütün universitetlərdə birinci ildə məcburi tədris olunan qeyri-ixtisas fənləri var. Bu fənlərin aradan qaldırılması ilə bakalavr təhsilininin müddətini azaltmaq mümkündür. Magistratura pilləsinə gəldikdə isə bu, praktik olaraq mümkün deyil. Çünki magistratura elmi və daha yüksək səviyyəli ali təhsil mərhələsidir.

Dünyanın bir çox ölkələrində magistratura bir illik olsa da, bu, əsasən qısamüddətli sertifikat və ya bəzi MBA, maliyyə və mühasibatlıq kimi ixtisaslaşmış proqramlara aiddir. Bizdə də hazırda magistratura təhsili bir il yarım və ya iki il müddətində həyata keçirilir. Düşünürəm ki, magistratura üçün ən optimal variant da elə budur”.

Ləman İmran

Xəbər lenti