Logo

BDU-da “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

22.10.2025 12:17 37 baxış
IMG

Əhalinin tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emalına diqqətinin artırılması, eləcə də gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Bakı Dövlət Universitetinin, “Araz” supermarketlər şəbəkəsinin, “Azərsun Holdinq”in, “Təkan”, “EcoHub” İctimai birliklərinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Bakı Dövlət Universitetindən bildirilib ki, festival çərçivəsində iştirakçılar ümumi tutumu 3410 litr olan plastik, 685 litr olan şüşə tullantı və 1481 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə ediblər. Tədbir çərçivəsində interaktiv maarifləndirici fəaliyyətlər də təşkil olunub.

Xəbər lenti