Bu il görkəmli memar, tədqiqatçı-alim, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Sadıq Ələkbər oğlu Dadaşovun anadan olmasının 120 illik yubileyidir. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında akademikin həyatı, elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici çapdan çıxıb.
MEK-dən TƏHSİL.BİZ-ə bildirilib ki, kitab “Həyat və elmi fəaliyyətinin əsas tarixləri”, “Əsərlərinin biblioqrafiyası”, “Həyat və yaradıcılığı haqqında” , “Redaktoru olduğu kitablar”, “Alimin layihələri fotolarda” bölmələrindən ibarətdir.
Nəşrin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur.
Biblioqrafik göstərici memarlıq sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub və çap nəşrlə yanaşı elektron şəkildə də təqdim olunub.