Logo

Yay təcrübə proqramını başa vuran ADNSU tələbələri sertifikatla təltif olunublar

08.10.2025 16:16 34 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri “Binagadi Oil Company” şirkətində yay təcrübə proqramını uğurla başa vurublar.

TƏHSİL.BİZ  xəbər verir ki, müəssisə ilə əməkdaşlıq çərçivəsində ADNSU-nun Qaz-neft-mədən, Neft-mexanika, Geoloji kəşfiyyat və Energetika fakültələrindən 16 tələbə 8 iyul – 8 sentyabr 2025-ci il tarixləri arasında iki aylıq yay təcrübə proqramında iştirak edib.

Qaz-neft-mədən fakültəsinin ən fəal dörd tələbəsi proqramı uğurla başa vuraraq şirkət tərəfindən müsbət xasiyyətnamə və sertifikatla təltif olunublar. Həmçinin 8 oktyabr 2025-ci il tarixində ADNSU-da təcrübə proqramını uğurla başa vuran tələbələrə sertifikatların təqdimetmə mərasimi keçirilib. 

Tədbirdə Qaz-neft-mədən fakültəsinin dekanı, professor Elman İskəndərov, “Binagadi Oil Company” şirkətinin istehsalat-texniki şöbəsinin rəisi Ruhin Rəhimov, ADNSU-nun elmi katibi, dosent İnqilab Əliyev, SABAH qruplarının dekanı, dosent Arzu İbrahimova, dekan müavinləri Hicran Babayeva və Zivər Fərzəlizadə və tələbələr iştirak ediblər.

Qeyd edək ki, 2018-ci ildən etibarən “Binagadi Oil Company”də həyata keçirilən “İlboyu gündəlik təcrübə” layihəsi çərçivəsində universitet tələbələrinin əməkhaqqı ödənilməklə istehsalat təcrübəsi keçmələri üçün geniş imkanlar yaradılır. Layihənin məqsədi tələbələrin ixtisaslarına uyğun praktiki biliklər qazanmasına, istehsalat prosesləri ilə yaxından tanış olmasına və gələcək peşə fəaliyyətinə daha yaxşı hazırlanmasına şərait yaratmaqdır.

 

 

 

 


 

Xəbər lenti