Logo

ADPU-da prof. Məhərrəm Zülfüqarlı ilə görüş keçirilib

14.10.2025 15:19 55 baxış
IMG

Oktyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı ilə görüş keçirilib.

Görüşdə Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov və tədris işləri üzrə prorektor dosent Eldar Aslanov iştirak edib.

Görüş əsnasında tanınmış alimin 70 illik yubileyi münasibətilə ona xatirə hədiyyəsi təqdim olunub. Öz növbəsində prof. M.Zülfüqarlı zəngin yaradıcılıq yolunu əks etdirən “Mübarizəmin salnaməsi” kitabını prof. Cəfər Cəfərova təqdim edib.

Qeyd edək ki, görkəmli alimin müxtəlif dillərdə 220-dək elmi əsəri nəşr olunub.

Xəbər lenti