Logo

Şuşa məktəbliləri SAF 2025-in finalında iştirak edəcəklər

14.10.2025 09:49 33 baxış
IMG

Şuşa şəhərində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbin şagirdləri SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalının finalına vəsiqə qazanıblar. 

TƏHSİL.BİZ  xəbər verir ki, 4-cü sinif şagirdləri olan Nilay Məmmədli və Dəniz Nəsirova “VinCigo” komandasında “Gələcəyin mühəndisləri” kateqoriyası üzrə yarışa qatılıblar. 

Şagirdlər kateqoriya üzrə birinci seçim mərhələsində  məntiqi və dünyagörüşə aid olan 90 sualın 76-sına düzgün cavab verərək finala keçmək hüququ qazanıblar.


 

Xəbər lenti