Logo

NDU-nun İnnovasiya Mərkəzində İstanbul Universitetinin dosenti təlim keçib

07.10.2025 08:28 32 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin İnnovasiya Mərkəzində İstanbul Universiteti – Cərrahpaşanın dosenti Alaskar Özperçinin təlimi olub.

TƏHSİL.BİZ  xəbər verir ki, “Lingivisitika: dil öyrənmə və tədris metodikası” sahəsi üzrə beynəlxalq təlimçi Alaskar Özperçin “Prakitiki layihələrin hazırlanması yolu ilə öyrənmə prosesi” adlı mövzu ətrafında təlim keçib.

Təlim zamanı müasir pedaqoji yanaşmalar çərçivəsində “Planlaşdırma və təşkilatçılıq”, “Əməkdaşlıq və ünsiyyət”, “Yaradıcı tətbiq”, “Həyatla bağlılıq” və bir çox digər başlıqlar ətrafında məlumatları diqqətə çatdırıb. 

Təlimdə ali təhsil ocağının fakültələrindən ümumilikdə 80 müəllim iştirak edib.

 

 

 

 


 

Xəbər lenti