Bakı Ali Neft Məktəbinin (BANM) timsalında Azərbaycan ilk dəfə olaraq öz təhsilinin ixracına başlayıb.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.
Belə ki, Özbəkistandan 16 tələbə ikili diplom proqramı ilə BANM-də təhsil almağa başlayıb.
Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buraxa Dövlət Texniki Universitetinin ümumilikdə 16 tələbəsi Bakı Ali Neft Məktəbi ilə ötən il əldə edilmiş müqavilələrə əsasən, ikili diplom proqramı çərçivəsində BANM-də təhsil almağa başlayıb.
Neft və qaz texnologiyası ixtisaslaşması üzrə magistratura təhsili alan bu tələbələr tədrisin birinci ilində BANM-in tədris proqramı əsasında Özbəkistanda təhsil alıblar. Onlar “Uzbekneftegaz” şirkətinin maliyyəsi ilə təhsil alırlar.