“Sahibkarlığın inkişafı yalnız yeni şirkətlərin yaradılması ilə deyil, təhsilin məzmununun dəyişməsi ilə mümkün ola bilər”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlamasında deyib.
“Əgər biz yaxşı nəticə istəyiriksə, başlanğıcı düzgün qoymalıyıq. Yəni sahibkarlığın inkişafı sadəcə yeni bizneslərin açılması ilə deyil, təhsilin mahiyyətinin dəyişməsi ilə də mümkündür”, - o deyib.