Logo

Azərbaycan və Özbəkistanın universitetləri arasında jurnalistika sahəsində qarşılıqlı tədris imkanları müzakirə olunub

30.09.2025 09:38 38 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin prorektoru Nozima Muratova ilə görüşüb.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə iki qardaş ölkənin universitetləri arasında mövcud əlaqələrin inkişaf perspektivləri, xüsusilə jurnalistika və media sahəsində qarşılıqlı tədris və tədqiqat imkanları müzakirə olunub. Əsas diqqət ikili diplom proqramının işə salınması və bu istiqamətdə praktiki addımların müəyyənləşdirilməsinə yönəlib. Tərəflər iki universitet arasında magistratura səviyyəsində “İctimaiyyətlə əlaqələr” ixtisaslaşması üzrə ikili diplom proqramının hazırlanması barədə müzakirələr aparıblar.

Görüşdə universitetlər arasında tələbə və müəllim mübadiləsinin təşkili, birgə layihə və tədbirlərin keçirilməsi, media sahəsində ixtisaslaşmış kadr hazırlığının gücləndirilməsinin önəmi vurğulanıb.

Xəbər lenti