Logo

Professor Fərrux Rüstəmovun kitabının təqdimatı keçirilib

30.09.2025 10:24 76 baxış
IMG

Qərbi Azərbaycan İcmasının inzibati binasında ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmovun “Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kənd orta məktəbi - 100” adlı kitabının  təqdimatı  keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki,kitabın elmi məsləhətçisi, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxışında bildirib ki, Qərbi Azərbaycan mövzusunda yazılmış hər bir əsər milli yaddaşımız üçün mühüm mənbədir. Onun sözlərinə görə, təqdim olunan nəşr yalnız bir məktəbin yüzilliyinə deyil, bütövlükdə Qərbi Azərbaycanın keçdiyi tarixi yola, yaşadığı deportasiya və soyqırımlara işıq tutur: “Bu kitab Göyçə mahalı, xüsusilə də Cil kəndi haqqında zəngin məlumat verir və gələcək nəsillərin tarixi yaddaşının formalaşmasında mühüm rol oynayacaq.”

Çıxış edənlər - Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon icmasının sədri professor Əvəz Ələkbərov, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, İcmanın Binəqədi rayon nümayəndəliyinin sədri professor Həsən Bayramov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü professor İbrahim Bayramov və Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı professor Hikmət Əlizadə kitabın Qərbi Azərbaycanın tarixi, mədəni irsi və faciələri haqqında ətraflı məlumat verdiyini qeyd ediblər. Onlar Cil kəndinin və məktəbinin inkişaf yolunu, müharibələrdə verdiyi itkiləri xatırlayıb, məktəbin uzun illər boyu elm və mədəniyyət məbədi rolunu oynadığını, müəllimlərin fədakarlığını və məzunların uğurlarını vurğulayıblar.

Sonda  kitabın müəllifi, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası sədrinin müavini, ADPU-nun professoru Fərrux Rüstəmov kənd və məktəb haqqında xatirələrini bölüşüb. 

Xəbər lenti