Logo

Nazir: Yeni sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi vurğulanacaq

30.09.2025 09:09 45 baxış
IMG

“Süni intellekt sahəsi yeni strategiyada ayrıca bir bənd kimi yer alacaq”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərə açıqlaması zamanı deyib .
O əlavə edib ki, 2027–2030-cu illəri əhatə edəcək strateji sənəddə süni intellektin təhsil müəssisələrində tətbiqi xüsusi olaraq vurğulanacaq.

Nazirin sözlərinə görə, hazırda həyata keçirilən “Rəqəmsal məktəb” layihəsi çərçivəsində də bu istiqamətdə işlər aparılır:

“Xüsusilə Azərbaycan tarixi və Azərbaycan dili kimi fənlər üzrə çatbotun hazırlanması üzərində çalışırıq. Bu sistem şagirdlərin suallarına cavab verə biləcək şəkildə qurulacaq və ilin sonuna qədər təqdim ediləcək. Bu addımlar təhsildə keyfiyyətin artırılması və şagirdlərə fərdi yanaşmanın təmin olunmasına xidmət edir”.

Xəbər lenti