Logo

Pedaqoji Universitetdə “Akademik mikrokreditləşmə Qaydası” qəbul olunub

01.10.2025 13:50 59 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Akademik mikrokreditləşmə Qaydası” qəbul olunub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, bu qaydaların qəbulunda əsas məqsəd ADPU-da mikrokreditləşmə modelinin təşkili və tətbiqinə dair əsas prinsipləri və prosedurları müəyyən etməkdir.

Beynəlxalq təcrübənin təhlili ilə müvafiq qanunvericilik aktları və ADPU-nun nizamnaməsi əsasında hazırlanan qaydalar müasir təhsil tendensiyalarına uyğun olaraq informal təhsilin kreditlər halında rəsmiləşməsini hədəfləyir və universitetdə akademik mikrokreditləşmə ali təhsilin keyfiyyətinin artırılması, tələbəyönümlü təhsil mühitinin formalaşdırılması, çevik öyrənmə imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunur.

Akademik mikrokredit müəyyən bir fənn və ya modul çərçivəsində tədris olunan, müstəqil öyrənmə nəticələri ilə müşayiət olunan və ayrı-ayrılıqda qiymətləndirilən qısamüddətli öyrənmə vahidi (kurs, seminar, təlim və seçilmiş fənn və ya fənlər) olub rəsmi sənədlə təsdiq olunur. Bu model vətəndaşlara nəticəyönümlü fərdi öyrənmə xəritələrinin qurulması, qiymətləndirmənin çevikliyi və mərhələliliyi, tanınma və akkumulyasiya imkanları yaradır.

Xəbər lenti