Logo

Naxçıvan məktəblisi III MDB Oyunlarında uğur qazanıb

30.09.2025 17:14 49 baxış
IMG

III MDB Oyunlarında Naxçıvan boks məktəbinin yetirməsi, boks millimizin üzvü Haqverdi Həsənov 1/4 finalda Bahdan Şaşlikovu (Belarus) məğlub edərək (3:2) növbəti mərhələyə adlayıb.

TƏHSİL.BİZ  xəbər verir ki, məktəbli idmançı oktyabrın 3-də finala çıxış uğrunda David Karababayevlə (Rusiya) görüşəcək. 
Haqverdi ilə yanaşı, Naxçıvandan 3 idmançı və 1 məşqçi ölkəmizi yarışlarda təmsil edir. 

Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 23 idman növü üzrə keçirilir.

 

 

 

 


 

Xəbər lenti