Logo

Quba-Xaçmaz regionunda məktəbəhazırlıq qruplarına 5546 uşaq cəlb olunub

02.10.2025 12:29 92 baxış
IMG

2025–2026-cı tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qrupları təşkil edilib. Bu qruplara ümumilikdə 5546 uşaq cəlb olunub. 

TƏHSİL.BİZ  xəbər verir ki, oktyabrın 1-dən etibarən Quba rayonunda 1658, Qusar rayonunda 998, Xaçmaz rayonunda 1908, Şabran rayonunda 577, Siyəzən rayonunda isə 405 uşaq məktəbəhazırlıq məşğələlərinə başlayıb. Məşğələlər həftədə 4 gün olmaqla 12 dərs saatını əhatə edir. Proqram çərçivəsində uşaqlar ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, məntiqi və riyazi təfəkkür, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət istiqamətlərində bilik və bacarıqlar əldə edirlər. 

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların məktəbə psixoloji baxımdan daha yaxşı hazırlanması, təhsil mühitinə uyğunlaşdırılması və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsidir.

 

 

 

 


 

Xəbər lenti