Logo

BSU-da Fərdi Tədris Planı üzrə interaktiv təlim keçirilib

02.10.2025 09:54 57 baxış
IMG

Oktyabrın 1-də Bakı Slavyan Universitetində (BSU) bir qrup müəllim üçün “Fərdi Tədris Planı” (FTP) mövzusunda interaktiv təlim təşkil olunub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, təlim BSU-nun İTİC layihəsinin Fəaliyyət Planı çərçivəsində, həmçinin universitetin Birgə və Sağlam İctimai Birliyi ilə imzalanmış memorandum əsasında həyata keçirilib.

İştirakçılara FTP-nin mahiyyəti, hazırlanma prinsipləri, struktur elementləri və tədris prosesində tətbiq mexanizmləri barədə ətraflı məlumat təqdim olunub. Müəllimlər, həmçinin praktiki nümunələr üzərində işləyərək FTP-lərin effektivliyini artırmaq və tədris prosesinə uğurla inteqrasiya etmək üçün strategiyalar öyrəniblər.

Təlim Autizm Mərkəzinin baş mütəxəssisi Milana Həsənova tərəfindən interaktiv formatda aparılıb və iştirakçılar üçün səmərəli öyrənmə mühiti təmin edilib.

Bu təlim müəllimlərin biliklərinin artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

BSU təhsil sahəsində innovativ yanaşmaları dəstəkləyərək müəllimlərin peşəkar inkişafını daim prioritet hesab edir və gələcəkdə də bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

 

 

 


 

Xəbər lenti