Azərbaycan İdman Akademiyasının “Məşqçilik” ixtisası üzrə SABAH qruplarının IV kurs tələbəsi Yaznur Sərxanova III MDB Oyunlarında ölkəmizi təmsil edir.
TƏHSİL.BİZ xəbər verir ki, voleybol üzrə yarışların baş hakimi kimi SABAH qruplarının müəllimi, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev bu mötəbər yarışda çıxış edir.
Uzun illərin təcrübəsinə və peşəkarlığına sahib olan Zaur müəllim həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış idman mütəxəssislərindəndir və o, öz təcrübəsini tələbələri ilə da bölüşür.
Nəticəsində tələbəsi Yaznur Sərxanova yarışlarda I dərəcəli hakim kimi iştirak edir.