Bakı Ali Neft Məktəbi (BANM) 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu oldu.
TƏHSİL.BİZ xəbər verir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 36 nəfəri Bakı Ali Neft Məktəbində təhsil alır.
Ümumilikdə ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir.
BANM artıq 6-cı ildir ki, Prezident təqaüdçülərinin sayına görə liderdir.
BANM-in Prezident təqaüdçülərindən 11 nəfəri “İnformasiya təhlükəsizliyi”, 8 nəfəri “Kimya mühəndisliyi”, 2 nəfəri “Biznesin idarə edilməsi”, 2 nəfəri “Kompüter mühəndisliyi”, 1 nəfəri “Kompüter elmləri”, 12 nəfəri isə yeni açılan “Maliyyə” ixtisasının tələbəsidir.