III MDB Oyunlarında Naxçıvan boks məktəbinin yetirməsi, boks millimizin üzvü Haqverdi Həsənov MDB Oyunlarının mükafatçısı olub.
TƏHSİL.BİZ xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında millimizin heyətində çıxış edən Haqverdi Həsənov 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Xatırladaq ki, Haqverdi Həsənov Heydər Əliyev adına tam orta məktəbin X sinif şagirdidir.
Bu, Haqverdinin il ərzində qazandığı dördüncü nailiyyətdir. Belə ki, məşqçi Elnur Kərimlinin yetirməsi 2025-ci ildə Avropa üçüncüsü, ölkə birincisi və beynəlxalq turnir qalibi olub.