Logo

Müəllimlər arasında “Fibonacci” intellektual yarışı keçirilib

06.10.2025 14:37 62 baxış
IMG

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, “Kapital Bank”ın dəstəyi ilə 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Fibonacci” intellektual yarışı keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, yarışda Vətən müharibəsini simvolik şəkildə təcəssüm etdirən müəllimlərdən ibarət 44 komanda iştirak edib. Nəticələrə əsasən, Bakı şəhəri 124 nömrəli tam orta məktəb I yerə, 337 nömrəli tam orta məktəb II yerə, 246 nömrəli məktəb-lisey isə III yerə layiq görülüb.

Qeyd edək ki, VI çempionatın seçmə oyunları oktyabr-noyabr aylarında onlayn formatda keçiriləcək. Yüksək nəticə göstərən komandalar dekabr ayında Bakıda baş tutacaq final mərhələsində “Azərbaycan çempionu” adı uğrunda mübarizə aparacaqlar.

 

 

 

 


 

Xəbər lenti