Logo

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07.10.2025 11:30 35 baxış
IMG

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeli qurumlarının məsul şəxsləri ilə görüş keçirilib.

Nazirlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə qurumların İnsan resursları şöbələrinin rəhbər şəxsləri, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə məsul şəxslər də daxil olmaqla 35 nəfərə yaxın qonaq iştirak edib.

Tədbirdə RİNN-in İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Renat Rüstəmov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayev açılış nitqi ilə çıxış ediblər.

Sonra İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov AKM-in infrastrukturu barədə geniş təqdimat edib. Görüş qonaqları maraqlandıran sualların cavablandırılması ilə interaktiv formada yekunlaşıb.

Görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, həmçinin Mərkəzin məzun və tələbələrinin mövcud statusları ilə tanışlıq olub.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən indiyədək 380 nəfər məzun olub. Hazırda 6-cı dalğa üzrə 60 tələbə təhsilini davam etdirir. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team), hücum (Red Team) və “Purple team” qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər haqqında praktiki biliklərə yiyələnirlər.

Xəbər lenti