Logo

Bakı Dövlət Universitetində elmi jurnal “faciəsi”

07.10.2025 10:34 152 baxış
IMG

Bakı Dövlət Universiteti ölkəmizdə ən qədim elm və təhsil ocaqlarından sayılır. Bu Universitetin dünya elminə öz töhfəsini verən çoxsaylı alimi, yetirməsi olub. Lakin günümüzdə  bu elm ocağında Universitet reytinqini əsaslı surətdə dəyişdirəcək, nüfuzunu qaldıracaq elmi jurnalların səviyyəsi olduqca aşağı səviyyədədir. Əslində bu barədə polemika və müzakirə aparmaq məntiqi baxımdan tamamilə mənasızdır. Çünki müzakirə mövzusu, demək olar ki, yoxdur. Gərək jurnal ola ki, onun barəsində müzakirə də olsun. Universitet beynəlxalq reytinqlərə can atır,  yer, mövqe qazanmaq istəyir. Amma nə ilə? Əməkdaş alimləri orda burda, ucuz başa gələn, asan dərci təmin edən Kuba, Meksika jurnallarında məqalə çap eləməklə? Adi araşdırma gösrətit ki, çox az sayda alimlər, həqiqətən də, Scopusun, Web of Science -in yüksək impaktlı jurnallarında məqalə dərc edə bilirlər. Bu isə BDU-nun nüfuzundan daha çox həmin elmi jurnalların reytinqinə, aid olduğu ölkələrin reytinqinə xidmət edir.  

Mənzərə necədir? THE Times High Education–da olduqca geridə olan Universitetin (https://www.timeshighereducation.com/world-university-rankings/baku-state-university) elmi jurnalları ilə bir ədəd belə ürəkaçan cümlə yoxdur. 

 

Bəs bu Universitetin elmi tədqiqat mərkəzləri, fakültələr, kafedralar illər boyu bir cə ədəd belə olsun ingilis dilində normal beynəlxalq nüfuzlu elmi jurnalı niyə təsis edə bilməyiblər? Scimago-da axtarış verəndə bu mənzərə ilə qarşı-qarşıyayıq, cəmi 2 jurnal görünür:

  1. Applied and Computational Mathematics, Azerbaijan
    Institute of Applied Mathematics of Baku State University
  2. Baku State University Law Review, Azerbaijan
    Student Academic Society of Baku State University Law School

Onlardan biri humanitar və siyasi elmlərdən çox uzaqdır – riyazi elmlərə aiddir, digəri isə Universitet daxilində hansısa bir dərnəyə aid olan hüquq jurnalıdır. O da hazırda Scopus bazasından atılmış, “inactive” edilmişdir. Riyazi və kompüter elmlərinə aid olan jurnalın isə hesab edirəm ki BDU ilə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. http://www.acmij.az/view.php?lang=az&menu=10. Bu da jurnalın elektron ünvanı. Bu jurnalda Bakı Dövlət Universitetinə aid bircə dənə kiçik də olsa, informasiya varmı?

Digəri də vaxtı ilə Q4 kvartala malik olsa da, hazırda o da yoxdur. Çünki inklişafı və yüksəlişi üçün heç bir addım atılmamışdır.  Hesab edirəm ki, vaxtı ilə Scopus bazasına düşməsi də tamamilə təsadüfi olmuşdur. İngilis dilində nəşr edilməsi jurnala bu fürsəti versə də, hazırda bazadan çıxarılmışdır. 

Scopusda, Web of Science-da adı çəkilməyən 1 əsrlik Bakı Dövlət Universitetini düşündürmürmü ki, onun elmi jurnallarına dünyadan bir dənə istinad yoxdur?  Bu müəssisənin hansı elmi jurnalına istinad olunur və nə qədər? Xaricdən kim çap olunmaq üçün bu jurnala məqalə göndərə bilər? Və əgər yoxdursa, bu böyüklüyündə elm və təhsilə iddia edən qurumda elm istehsal olunmursa, bu qurumun dünya elmində yeri necə ölçülür? Etibarlılığə necə təmin edilir?!

Niyə Oxford Press kimi, Utah Press kimi, Cambridge Press kimi ingilis dilində bu Universitetin elmi nəşrlərini nəşr edərək dünyaya online təqdim edən Baku State University Press yoxdur?  Normal 1 dənə elmi jurnal vebsaytı yoxdur? Bunun üçün həyəcan təbili çalmanın vaxtı çatmayıbmı? Kimi və nəyi gözləyirlər? 

Onu da deyim ki biz axtarış edən zaman mat qaldıq. Elmi jurnalların elmi məqalələrinin keyfiyyəti barədə deməyə söz tapmadıq. Çünki nə düzəməlli jurnal var,  nədəki elmi məqalə.  10 ildirki elmi jurnallar sahəsində “ciddi islahatlara” start verən Bakı dövlət Universitetinin humanitar siyasi sahədə ortaya çıxarmağa bir dənə elmi jurnalı yoxdur.  EBSCO, Erihplus, MIAR , Dialnet, Dımension, SherpaRome və s. kimi üçüncü dərəcəli beynəlxalq elmi indeks qurumlarında Bakı Dövlət Universitetinin adını tapan şəxsə “mükafat” düşə bilər. 

Qeyd. Onu da deyim ki, necə və nə cür olduğunu bilmirəm və hansı standartlara əsasən Bakı Dövlət Universitetinin bəzi jurnalları Ali Attestasiya Komissiyasının tövsiyə elədiyi elmi jurnallar siyahısına düşmüşdür? Görəsən, AAK-ın elmi jurnal tanıma meyarları necədir və nəyin əsasında jurnalları saf-çürük edirlər? Veb saytı olmayan elmi jurnal bu qurumun siyahısına necə düşə bilib?

Mövcud vəziyyəti əyani nümunələrlə təhlil edək. 

1.Filologiya elmi əsərlərinin “unikal” saytı.  Dil və ədəbiyyat (nəzəri, elmi, metodik jurnal)

Bu veb saytda elmi jurnal adına nəsə tapana “eşq” olsun! Bu sadəcə olaraq, elm adına, Universitet adına biabırçılıqdır. Olmaqdansa, heç olmaması daha yaxşıdır. 

 

2.  "Dünya azərbaycanlıları: tarix və müasirlik".  Bu jurnal  uzun müddətdir ki, fəaliyyətini dayandırıb. Ancaq fəaliyyətdə olan illərinin də nömrələri veb səhifəyə daxil edilməyib. Veb səhifədə elmi jurnal menyusundan əsər- əlamət yoxdur. Beynəlxalq standartdan söhbət belə gedə bilməz. Universitet kontingenti bir yana, Universitet xaricindən bir adamın məqaləsi çap edilmir. Arxiv üçün linki qoyulan illərə daxil olmaq istəyəndə isə  Tarix fakültəsinin saytı çıxır. Orda da Azərbaycan dilində yerli, yaxud xarici mütəxəssis yüz il axtarsa,  bu jurnala aid nəsə tapma bilməz. Afrikada Ruanda elmi jurnalının  saytı və əlçatanlığı bundan qat qat yüksək səviyyədə, keyfiyyətlidir. 

 

3. Bakı Universitetinin xəbərləri. Niyə Bakı Universiteti? Dövlət sözü niyə götürülüb? Ölkədə belə bir adda Universitet fəaliyyət göstərirmi?

Redaksiya heyətində adları yazılan bu adamların bu jurnaldan bu addan xəbərləri varmı görəsən?

Əslində isə, sən demə, bu jurnalın siyasi elmlərlə heç bir əlaqəsi yoxdur və bu jurnal heç bir siyasi, humanitar sahədə məqalə nəşr edə bilməz. Niyə? Niyəsi çox sadədir. Çünki qeydiyyat  və beynəlxalq lisenziya tamamilə fərqlidir. Lisenziya fizika və riyaziyyat elmlərinə alınıb. 

 

Deməli belə, lisenziya alınıb, fizika və riyaziyyat üçün və alınan zaman səhv edilib, dövlət sözü göstərilməyib, sonradan da heç kəs dəyişdirə bilməyib. İndi də humanitar elmlərə aid olan məqalələr nəşr olunur. Kim və nə üçün lisenziyanın profilini dəyişdirib?

Aşağıdakı şəkildə peşəkarlıqdan tamamilə uzaq ingilis dilli səhifədə təqdim olunan Azərbaycan dilindəki materiala fikir verin.  Məncə, hər şey öz sözünü deyir. Bu səhifə google-da axtarış verəndə üzə çıxır. Yəni ikin axtarış zamanı əvvəlcə bununla qarşılışırıq.

https://bsuj.bsu.edu.az/az/content/about-us

Belə biabırçılıqlar kifayət qədərdir. 

5. Beynəlxalq Hüquq və İnteqrasiya Problemləri. Bu jurnalın barəsində olan yazılar və menyu adi qaydada google translator vasitəsilə kobudcasına tərcümə olunmuşdur. Çünki dünyada “publication rules” deyə bir söz yoxdur. Author guidelines, publiction ethics və s. kimi terminlər işlədilir. Saytda çatışmayan cəhətlər o qədərdir ki, vaxtınızı almaq istəmirəm.

 

6. Tarix və onun problemləri. İngilis dilinə o qədər sətri tərcümə edilib ki, bir xarici müəllifin belə bir jurnala məqalə verməsi müəmmalıdır. “History and its problems”. 109-cu buraxılışını çap edən jurnalın beynəlxalq indekslərinə baxın: Crossref və İSSN lisenziyalarının loqoları qoyulub. Bu loqoları buraya daxil edənlər görəsən xəcalət çəkirlərmi? Bu elmi jurnal adına hörmətsizlikdir. 

 

Bakı Dövlət Universiteti çox qısa zamanda elmi jurnal əməkdaşları və redaksiyaları silkəməli, xaricdən mütəxəssis cəlb etməli, bu işi bilən adamlarla 0-dan başlayaraq sistemli və planlı iş aparmalıdır. Universitet hətta bütün elmi məqalələrinin toplandığı və indeksləndiyi ingilis dilində vahid indeks bazası da yarada bilər. Bu jurnallarda çap edilən elmi məqalələr nə ölkə daxili, nə də xaricdə heç bir elmi əhəmiyyəti və impakt təsir effekti yoxdur. 2000-ci ildən BDU-nun elmi jurnallarına dünyadan nəqədər istinad olunub? Bəs hanı bu jurnalların Google Scholar, Semantic Scolar və s. kimi şəffaf ölçülə bilən istinad baxışları. Vəziyyət olduqca dözülməzdir. Ölkənin 1əsrlik tarixə malik 1 nömrəli elm məbədinin ortaya çıxarmağa, xarici mütəxəssislərlə görüşdə stolun üstünə qoymağa 1 dənə normal elmi jurnalı yoxdur. 

 

Rahil Nəcəfov

Xəbər lenti