Logo

Azərbaycanlı tələbə Türkiyədə faciəli şəkildə öldü - Fotolar

01.11.2025 08:30 114 baxış
IMG

Türkiyənin Samsun şəhərində azərbaycanlı tələbə Nicat Kazımlı yol qəzasında həlak olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, təcili yardım maşını Nicat motosikletlə hərəkətdə olarkən onunla toqquşub.

Belə ki, qəzada ağır yaralanan həmyerlimizin həyatını aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı saxlanılan təcili yardım maşınının sürücüsü Şakir Ü. isə həbs edilib.

Qeyd edək ki, 19 yaşlı Nicat Kazımlı Ondokuz Mayıs Universitetinin Stomatologiya fakültəsinin tələbəsi idi.

 


 


 


 

Xəbər lenti