Logo

BDU-nun rektoru Satbayev Universitetinin rəhbərliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

02.11.2025 09:36 43 baxış
IMG

Astanada keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin İdarə Heyətinin sədri - rektoru Meiram Begentayev arasında fikir mübadiləsi aparılıb.

BDU-dan bildirilib ki, tərəflər müasir elmi prioritetlər kontekstində mühəndislik, nanotexnologiyalar, materialşünaslıq və tətbiqi elmlər istiqamətlərində birgə tədqiqatların aparılması, eləcə də hər iki universitetdə texnologiya transferi mərkəzlərinin fəaliyyətinin koordinasiyası məsələlərinə toxunublar.

2021-ci ildə imzalanmış müqavilə əsasında hazırda BDU-nun Kimya fakültəsi ilə Satbayev Universitetinin Kimya və Biotexnologiyalar İnstitutu arasında “Neft kimyası” ixtisası üzrə birgə magistratura proqramı icra olunur. Görüşdə proqramın səmərəliliyinin artırılması, yeni laborator təlim modellərinin tətbiqi və gələcəkdə doktorantura səviyyəsində ortaq proqramların yaradılması kimi təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti