Logo

Bu il məzun olacaqdı... - Fotolar

03.11.2025 22:00 165 baxış
IMG

Xəbər verdiyimiz kimi, dünən gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

“Qafqazinfo”nun məlumatına görə, idarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir bariyeri qıraraq aşıb.

Hadisə zamanı həlak olanlardan biri 2009-cu il təvəllüdlü İsbi Alıyev 11-ci sinif şagirdi imiş.

Əldə etdiyimiz məlumata görə, o, Göygöl rayonu Qızılca Kənd Rafiq Məmmədov adına 2 Nömrəli tam orta məktəbdə təhsil alırmış.

Qəzada həlak olan digər gənc isə 27 yaşlı Elvin Məmmədov olub.  Avtomobili o idarə edirmiş.

Qeyd edək ki, hadisə zamanı iki nəfər də xəsarət alıb.

Fotoda: Elvin Məmmədov

Fotoda: İsbi Alıyev

Yunis Quliyev 

Xəbər lenti