Logo

Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib

31.10.2025 17:36 43 baxış
IMG

Seminarlarda gündəlik məsələlər: Azərbaycan dili və riyaziyyat fənləri üzrə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanı, informatika, kimya, fizika, biologiya, tarix və coğrafiya fənləri üzrə isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının və qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin, rus dili fənni üzrə isə ümumi orta (9 illik) buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.

Azərbaycan dili fənni üzrə seminarda ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı, informatika, tarix və coğrafiya fənləri üzrə seminarlarda isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi yekunlaşmış və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib.

Kimya fənni üzrə seminarda I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının “Ümumi kimya” hissəsinə aid mövzular müzakirə edilib.

Rus dili fənni üzrə seminarda ümumi orta (9 illik) buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinə, fizika və biologiya fənləri üzrə seminarlarda isə qəbul imtahanlarında müvafiq fənlər üzrə tətbiq edilən imtahan modelinə uyğun tapşırıq nümunələrinə baxılıb. Hər bir tapşırığın məzmununun dərsliklərlə uyğunluğu yoxlanılıb və onların aid olduğu bölmə və mürəkkəblik dərəcəsi müəyyən edilib.

Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: kimya fənni üzrə Şəki rayonu Qoxmux kənd tam orta məktəbinin müəllimi Dadaşov Cavanşir, Bərdə rayonu 8 nömrəli tam orta məktəbinin müəllimi Hüseynova Sevinc, fizika fənni üzrə Göygöl rayonu Dozular kənd tam orta məktəbin müəllimi Əliyev Zəki, Gəncə şəhəri 27 nömrəli tam orta məktəbin müəllimi İsmayılov Mərdan, Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbin müəllimi Həmidov İbrahim, biologiya fənni üzrə Göyçay şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Salihova Səidə, Göygöl rayonu 1 nömrəli tam orta məktəbin müəllimi Məğrur Quliyev, Xaçmaz rayonu Qaradağlı kənd orta məktəbinin müəllimi Sənan Ağacanov, tarix fənni üzrə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin müəllimi Feyruz Novruzov, Gəncə şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Həvayə Hüseynova, Astara şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Məlikzadə Gülnar, coğrafiya fənni üzrə Naxçıvan şəhəri Heydər Əliyev adına tam orta məktəbin müəllimi Çinarə Süleymanova, Astara rayonu 1 nömrəli məktəbin müəllimi Hüseynova Günel, Kəlbəcər rayonu 2 nömrəli tam orta məktəbin müəllimi İsmayılov Füzuli, riyaziyyat fənni üzrə Şəki rayonu Baş Göynük kənd tam orta məktəbinin müəllimi Əzizli Jalə müzakirələrdə aktiv iştirak edib, müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.

Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.

 

Xəbər lenti