Logo

Təhsil krediti üçün 83 mindən çox müraciət oldu

03.11.2025 18:28 155 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən (2021-ci il) bu günə qədər quruma 83 min 672 müraciət daxil olub.

Tehsil.biz xəbər verir ki, həmin müddətdə qeydə alınan müraciətlərdən 67 min 566 müraciət rəsmiləşdirilib.

Rəsmiləşən müraciətlərdən 23 min 467-si sosial, 44 min 99-u isə standart təhsil krediti olub.

Xəbər lenti