Logo

Ağdaşlı şagirdlər Şuşada tarix dərsində – Cıdır düzündə unudulmaz açıq dərs

03.11.2025 08:34 163 baxış
IMG

Ağdaş rayonu Cavanşir Şirinov adına Hüşün kənd ümumi orta məktəbinin şagirdləri Şuşa şəhərinə səfər ediblər. Şagirdlər qədim mədəniyyət paytaxtımızda — Cıdır düzündə tarix fənnindən açıq dərsdə iştirak ediblər.

Dərsin məqsədi şagirdlərə Qarabağın tarixi, mədəni və mənəvi irsi haqqında bilgiləri yerindəcə çatdırmaq, onların vətənpərvərlik ruhunu daha da möhkəmləndirmək olub.

Açıq dərs zamanı müəllimlər və şagirdlər Şuşanın tarixi abidələrini ziyarət ediblər, şəhərin Azərbaycanın mədəniyyət tarixindəki rolundan bəhs ediblər.

Tədbir çərçivəsində dərsin bir hissəsi məhz Cıdır düzündə keçirilib. Şagirdlər bu dərsi həyatlarının ən yaddaqalan və təsirli tədris təcrübələrindən biri kimi qiymətləndiriblər.

Belə təşəbbüslər, təhsil prosesini sinif otaqlarından çıxararaq real məkanlarda öyrənmə təcrübəsinə çevirmək baxımından mühüm əhəmiyyət daşıyır. Şuşada keçirilən bu dərs həm tarix biliklərinin möhkəmləndirilməsinə, həm də şagirdlərdə doğma torpaqlara bağlılığın artırılmasına xidmət edib.

 “Şuşada tarix dərsi — bu, sadəcə təhsil deyil, milli yaddaşın canlı qorunmasıdır.”

 

Bəhman Hüseynli

Xəbər lenti