Aydındır ki, təhsilin inkişafı yalnız dövlət dəstəyi ilə deyil, müxtəlif qrant layihələrinin köməyi ilə də mümkündür. Qrantlar müəllim və tələbələrə yeni imkanlar açmalı, yaradıcılıq və tədqiqat ruhunu gücləndirməlidir. Qrantlar sayəsində məktəblər və universitetlər müasir avadanlıqlarla təchiz olunmalı, innovativ təlim metodları tətbiq edilməlidir!
Lakin təəssüflə qeyd etməliyəm ki, bugünədək bu özünü əsasən doğrultmayıb. Çünki, bir çox layihələr sadəcə hesabat üçün həyata keçirilir və real fayda vermir. Qrantların düzgün bölüşdürülməməsi və ədalətsiz seçimlər inamı azaldır. Layihələrin bitməsi ilə əldə olunan nəticələrin unudulması isə bir daha təəssüf doğurur.
Məncə, qrant layihələri təhsilin gələcəyinə yönəlmiş böyük bir fürsətdir. Əgər şəffaflıq və davamlılıq təmin olunsa, bu layihələr həm fərdlərin, həm də təhsilimizin inkişafına real töhfə verəcək.