Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Süni intellekt dövründə proqramlaşdırmanın rolu və gələcək perspektivləri” mövzusunda tədbir keçirilib.
BDU-dan bildirilib ki, görüşdə “Holberton School Azerbaijan”ın nümayəndələri tələbələrə kursların məzmunu, beynəlxalq tədris modeli və təqdim olunan təqaüd imkanları barədə təqdimat ediblər.
Müzakirələr zamanı süni intellekt, veb-inkişaf, data elmi, kibertəhlükəsizlik, proqramlaşdırmanın əsasları və layihə əsaslı öyrənmə kimi mühüm istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tələbələr “Holberton School”un 100 faiz təqaüd proqramı, qlobal karyera imkanları və müasir proqramlaşdırma tədrisi modelləri barədə ətraflı məlumat əldə ediblər.