Logo

BDU-da 18 ixtisas və 26 ixtisaslaşma üzrə SABAH proqramı təşkil olunub

27.10.2025 17:19 30 baxış
IMG

2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetində (BDU) 18 ixtisas və 26 ixtisaslaşma üzrə SABAH proqramı təşkil olunub və 429 plan yeri ayrılıb.

BDU-dan bildirilib ki, bu ixtisaslardan 11-i (beynəlxalq münasibətlər (tədris ingilis dilində), biotexnologiya, fizika müəllimliyi, hüquqşünaslıq, hüquqşünaslıq (tədris ingilis dilində), kimya, kimya müəllimliyi, kompüter elmləri, psixologiya, riyaziyyat (tədris ingilis dilində), riyaziyyat müəllimliyi bakalavriat, 7-si (beynəlxalq münasibətlər (tədris ingilis dilində), biologiya, fizika, hüquqşünaslıq, kimya, riyaziyyat və tarix) magistratura səviyyəsi üzrədir.

Qeyd edək ki, proqramda iştirak edəcək tələbələrin siyahısı (yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələr nəzərə alınmaqla) hər bir ixtisas üzrə (magistratura pilləsində ixtisaslaşmalar nəzərə alınmadan) müvafiq kvotalar nəzərə alınmaqla, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali təhsil müəssisələrinə mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinə (Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”na uyğun olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş tələbələr daxil olmaqla) görə ən yüksəkdən başlayan sıralamaya uyğun müəyyən edilir.

Xəbər lenti