Logo

Dilçilik İnstitutunun alimləri “Dünya Dili Türkcə” Simpoziumunda çıxış ediblər

28.10.2025 13:25 101 baxış
IMG

Türkiyənin Bartın Universitetində “Dünya Dili Türkcə” XVII Beynəlxalq Simpoziumu keçirilib. Tədbir Bartın Universiteti, Türk Dil Qurumu, Yunus Əmrə İnstitutu, TİKA və TRT Avazın birgə təşkilatçılığı ilə reallaşıb.

Simpoziumda AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli və Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov iştirak ediblər.

Tədbir zamanı Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tatarıstandan yüzlərlə tədqiqatçının məruzələri dinlənilib. Azərbaycan alimləri də simpoziumda elmi çıxışlarla diqqət çəkiblər. Dosent Baba Məhərrəmli “Türk dillərinin ortaq kök sözləri”, professor İsmayıl Kazımov isə “Türk xalq hekayələrində duyğusal söyləmlər” mövzularında məruzə ilə çıxış ediblər.

Baba Məhərrəmli, həmçinin simpoziumun bölmə iclasına sədrlik edib.

Beynəlxalq türkoloji simpoziumda hər iki azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti