Logo

Nazir müavini: " Elm və Təhsil Nazirliyi yaxın günlərdə repetitorlarla bağlı təkliflərlə çıxış edəcək"

24.10.2025 18:32 34 baxış
IMG

"Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarına təkrar müraciət edənlərin 30 faizi prosesə qatılmırlar və bu da müəyyən problemlər yaradır".

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin bugünkü plenar iclasında "Ümumi təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə 65 min 573 nəfər MİQ imtahanına müraciət edib:

"Onların 33 faizi ilk dəfə, 67 faizi təkrar müraciət edənlərdir. Müraciət edənlər imtahana gəlməsə də dövlət buna maliyyə vəsaiti sərf edir, test blankları hazırlanır. Beləliklə, orta hesabla ildə 2.5-3 milyon manat vəsait sərf edilir. İldə 500-600 min manat vəsait isə əsassız xərclənmiş olur. Bu məbləğlə 200 tələbənin təhsil haqqını ödəyə bilərik".

Nazir müavini onu da əlavə edib ki, Elm və Təhsil Nazirliyi yaxın günlərdə repetitorlarla bağlı təkliflərlə çıxış edəcək:

"Müəllimlərin iş saatının onların əməkhaqqısına uyğunlaşdırılması kimi məsələləri həll etmək üçün təkliflər var".

Mərahim Nəsib

Xəbər lenti