Logo

“İnklüziv təhsilin tətbiqi: Uşaqyönümlü pedaqogika” mövzusunda vebinar keçirilib

24.10.2025 22:15 34 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 23 oktyabrda Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regionlar üzrə fəaliyyət göstərən aparıcı metodistlərlə “İnklüziv təhsilin tətbiqi: Uşaqyönümlü pedaqogika” mövzusunda vebinar keçirilib.

Vebinarda inklüziv təhsilin mahiyyəti, müəllimin rolu, diferensial və fərdiləşdirilmiş yanaşmalar, xüsusi təhsil ehtiyacı olan uşaqlarla işləmə strategiyaları barədə məlumat verilib, məktəblərdə inklüziv mühitin yaradılması, valideyn və icma əməkdaşlığının əhəmiyyəti müzakirə olunub. Aparıcı metodistlərin dərsdinləmələr zamanı qarşılaşdıqları və müəllimləri maraqlandırılan suallar müzakirə olunub. İştirakçılar arasında keçirilən aktiv müzakirə zamanı qarşıya çıxan çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları da nəzərdən keçirilib. Vebinarda inkluziv təhsilin tədris prosesində bərabər imkanların təmin olunmasına xidmət ediyi vurğulanıb.

Qeyd edək ki, aparıcı metodistlər bu mövzuda metodik xidmət göstərilən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodist və müəllimlərin maarifləndirilməsində birbaşa fəaliyyətlər icra edəcəklər.

Xəbər lenti