Logo

Nazir müavini: Azərbaycanda hər iki tələbədən biri dövlət sifarişi əsasında təhsil alır

26.10.2025 14:34 37 baxış
IMG

Bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən keçirilən "Avropada Təhsil" sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycanda təhsil sahəsində müsbət dinamikada dəyişikliklər baş verir:

"Həm ali təhsilə qəbul olunanların, həm də dövlət sifarişli yerlərin sayı artıb. Xaricdə təhsil sahəsində böyük dəyişiklik baş verib. Hər il 500 tələbəmiz dövlət hesabına, xüsusilə, təqaüd proqramları əsasında xaricdə təhsil alır".


 

Xəbər lenti