Logo

MEK əməkdaşları Türkiyədə keçirilən beynəlxalq simpoziumda çıxış ediblər

28.10.2025 13:21 35 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Türkiyənin Qaziantep şəhərində “Uşaq, ailə və uşaq ədəbiyyatı /uşaq ədəbiyyatında ailə” mövzusunda keçirilən XII Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumuna onlayn qoşulublar.

MEK-dən bildirilib ki, Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva “XX əsr Azərbaycan ədəbiyyatında uşaq şeirləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan uşaq ədəbiyyatının inkişaf yolu, mövzuları, süjetləri, qəhrəmanları, dili və üslubu təhlil olunub.

İnnovativ layihələr və metodiki təminat şöbəsinin əməkdaşı Şəfəq Əliyeva

“Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının mütaliə mədəniyyətinin formalaşmasında rolu” mövzusunda məruzə ilə çıxış edib. Ş.Əliyeva MEK-in həyata keçirdiyi tədbirlərdən - uşaqları daha çox oxumağa, mütaliəyə, öyrənməyə çağıran aksiya, sərgi və videoçarxlardan bəhs edib.

Xəbər lenti