Logo

Şahin Mustafayev: Süni intellekt Türk dünyasında yeni imkanlarla yanaşı, yeni çağırışlar da yaradır

28.10.2025 13:30 39 baxış
IMG

Süni intellektin sürətli inkişafı özü ilə həyatımıza misli görülməmiş yeni imkanlar, ancaq onlarla birlikdə yeni çağırışlar və həllini tələb edən yeni suallar gətirir. Hazırda süni intellekt təhsil, səhiyyə və dövlət idarəçiliyindən tutmuş təhlükəsizlik və idarəetməyə qədər insan həyatının bütün sahələrinə təsir göstərir.

Bu sözləri Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev deyib. O bildirib ki, bu da texnoloji yeniliklərin yanında və onlarla birlikdə üzərində düşünməli olduğumuz müəyyən məsələləri gündəmə gətirir: “Xüsusilə qeyd etmək istərdim ki, Türk Dövlətləri Təşkilatının strateji sənədlərində bu məsələnin fövqəladə əhəmiyyətinə toxunulub. Türk Dövlətləri Təşkilatı tərəfindən qəbul edilmiş “Türk dünyasına baxış 2040” adlı strateji sənəddə dövlət başçıları rəqəmsal, yaşıl və ağıllı iqtisadiyyata, ağıllı şəhərlərə transformasiyanı dəstəkləmək məqsədilə müxtəlif sahələrdə rəqəmsal texnologiyalar və süni intellektdən istifadənin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Bundan başqa, “Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üçün Strategiyası”nda vurğulanır ki, biz sənaye əhəmiyyətli elmi və texnoloji problemlərin həlli üçün aparıcı tədqiqat mərkəzlərini bir araya gətirərək süni intellektin mükəmməllik mərkəzlərinin türk şəbəkəsini yaratmalıyıq. Həmçinin bu sənəddə Türk dünyası ölkələrində süni intellekt istiqamətində inkişafı təmin etmək üçün mütəxəssislərə dəstəyin göstərilməsi də vacib məsələ kimi qeyd edilib.

Xəbər lenti