Logo

Bakıda yeni məktəb binası tikilir

24.10.2025 23:41 36 baxış
IMG

Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondu Bakıda məktəb tikintisi ilə bağlı yeni hazırlıqlara başlayıb. 

Tehsil.biz xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu 68 nömrəli tam orta məktəbdən gedir. 

Belə ki, Fond məktəbin sökülərək yerində 528 şagird yerlik yeni binanın tikintisinin əlavə işlərinin və mebel avadanlıqları ilə təchiz edilməsi ilə bağlı satınalınma müsabiqəsi elan edib.

Müsabiqənin maliyyə dəyəri 1,3 milyon manat proqnozlaşdırılıb.

Qeyd edək ki, ötən ilin əvvəlində sözügedən məktəbin yeni binasının tikintisi işlərinin icrası “Meqaplus” Firmasına həvalə olunub. Şirkətlə bununla əlaqədar olaraq 4,3 milyon manatlıq müqavilə bağlanılıb.

Xəbər lenti