Logo

AHİK nümayəndələri Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edib

26.10.2025 21:06 49 baxış
IMG

Oktyabrın 24-də Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayı keçirilib.

Tədbirdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı və müxtəlif ölkələrin həmkarlar ittifaqları nümayəndələri ilə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti də iştirak edib.

Qurultay çərçivəsində Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının 2021-2025-ci illəri əhatə edən fəaliyyətinə dair hesabat təqdim olunub, əmək hüquqlarının müdafiəsi, işçilərlə işəgötürənlər arasında münasibətlərin tənzimlənməsi və sosial dialoqun inkişafı sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri Azərbaycanla Gürcüstan arasında mövcud dostluq və mehriban qonşuluq münasibətlərini vurğulayıb, gürcüstanlı həmkarlarını təbrik ediblər.

Xəbər lenti