AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında könüllülər üçün ilk təlim proqramına başlanılıb.
İnstitutdan bildirilib ki, müsahibə mərhələsinin yekunu olaraq 207 könüllü münsiflər tərəfindən seçilərək təlimə cəlb olunub. Dərslər institutun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mircavid Ağalarov tərəfindən tədris edilib. Tədris prosesi əyaniliyin təmin edilməsi və təcrübə proqramının bilavasitə gerçəkləşəcəyi məkanın daha yaxşı mənimsənilməsi üçün Muzey-sərgi zalında təşkil olunub. Gələcəkdə təlim dərslərinin AMEA-nın əsas binasında, Arxeologiya və Antropologiya İnstitutunun təcrübəli arxeoloqları və digər elmi müəssisələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilməsi planlaşdırılır.