Logo

Bioelektrik siqnallarının ötürülməsi mexanizmi ilə bağlı elmi seminar keçirilib

24.10.2025 17:47 40 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda AMEA-nın 80 illiyinə həsr olunmuş “Hemlə idarə olunan bioelektrik siqnallarının ötürülməsi mexanizmi” mövzusunda elmi seminar keçirilib.

Bu barədə institutdan bildirilib. Biofizika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxışında seminarın aktuallığını vurğulayaraq qeyd edib ki, ion kanalları hüceyrə fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır. “İon kanalları bioloji sistemlərin enerji mübadiləsinin əsas elementlərindən biridir. Onlar həm kardioloji, həm neyrofizioloji, həm də onkoloji proseslərdə kritik əhəmiyyət daşıyır, çünki enerji metabolizmi birbaşa ion axınlarından asılıdır”, – deyə alim bildirib.

Daha sonra Biofizika İnstitutunun Hüceyrə siqnalının ötürülməsi laboratoriyasının kiçik elmi işçisi Aysel Əliyeva mövzu üzrə ətraflı elmi təqdimatla çıxış edib. Məruzəçi hemin ion kanallarının aktivliyinə təsir mexanizmini izah edərək, bu prosesin hüceyrədə bioelektrik siqnallarının ötürülməsindəki rolunu təqdim edib.

Seminarda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, verilən suallar cavablandırılıb.

Xəbər lenti