Logo

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

20.10.2025 08:37 33 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 4 nömrəli Tələbə Poliklinikası və 1 nömrəli Qadın Məsləhətxanasının birgə təşkilatçılığı ilə tələbələr üçün “Erkən nikaha son” mövzusunda maarifləndirici tədbir keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə çıxış edən 4 nömrəli Tələbə Poliklinikasının baş həkimi Şəfəq Teymurova erkən yaşda nikahın qızların sağlamlığı üçün yol açdığı fəsadlardan söz açıb. Baş həkim həmçinin, bu mövzu il bağlı ölkə ərazisində sanitar maarifləndirici istiqamətdə tədbirlərin təşkil olunduğunu nəzərə çatdırıb.

Daha sonra 1 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqları Nazilə Babayeva və Aynurə Məmmədova tərəfindən tələbələrə mövzu ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti