Logo

Riyaziyyat olimpiadasının 8-9-cu siniflər üzrə II mərhələsi keçiriləcək

07.10.2025 17:10 55 baxış
IMG

11 oktyabr tarixində saat 10:00-da Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseydə riyaziyyat fənni üzrə 8-9-cu sinif şagirdləri arasında beynəlxalq olimpiadalara seçmə imtahanının ikinci mərhələsi keçiriləcək.

TƏHSİL.BİZ   xəbər verir ki, bu mərhələdə ötən tədris ilində (7-ci siniflər arasında) Məktəblilərarası Fənn Müsabiqəsinin qalibi olan şagirdlər və 5 oktyabr tarixində onlayn formada keçirilən birinci mərhələdə 20 və daha artıq suala düzgün cavab verən şagirdlər iştirak edəcək. Şagirdlər öz nəticələri ilə imtahan verdikləri platformada tanış ola bilərlər.

Xəbər lenti