Logo

Nazir müşaviri: Son üç ildə elmi məqalələrimizin keyfiyyəti artıb

07.10.2025 14:29 31 baxış
IMG

“Son üç ildə elmi nəticələrimizin keyfiyyəti artıb”.

TƏHSİL.BİZ  “Teleqraf”a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli AMEA-nın 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan elmi daim dünya elmi ilə birgə inkişaf edib: “Bu gün biz həm də Azərbaycanın intellektual yaddaşının yubileyində iştirak edirik. Elm hadisəsi istənilən cəmiyyət üçün mühüm ictimai hadisədir. Əldə olunan ən böyük elmi nəticələr məhz akademiyada çalışan alimlərimizin əməyi sayəsində mümkün olub”.

Nicat Məmmədli qeyd edib ki, bəzi elmi sahələrdə Azərbaycan alimlərinin nəticələri xüsusilə yüksəkdir: “H-indeksimiz hazırda 167-yə bərabərdir. Elə sahələrimiz var ki, orada elmi göstəricilərimiz kifayət qədər güclüdür. Son üç ildə isə elmi məqalələrin keyfiyyət göstəricilərində nəzərəçarpacaq artım müşahidə olunur”.


 

Xəbər lenti