Logo

“Parla” proqramından 27 qız məzun olub

15.10.2025 16:52 43 baxış
IMG

Təhsilin İnkişafı Fondunun (TİF) “NEQSOL Holding” ilə birgə tələbə qızlar üçün həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının ikinci məzun günü baş tutub.

TİF-dən TƏHSİL.BİZ -ə bildirilib ki, proqram çərçivəsində bu il 27 istedadlı gənc qadın təhsilini uğurla başa vuraraq “Parla məzunları” sırasına qoşulub. Beləliklə, indiyədək 41 iştirakçı proqramı bitirib, 59 nəfər isə hazırda təhsilini davam etdirir. Ümumilikdə “Parla” təqaüd və inkişaf proqramı 100 tələbə qız üçün təqaüd imkanı yaradıb.

Məzun Günündə “NEQSOL Holding”in nümayəndələri Meriç Tunc və Ana Nakaşidze, eləcə də Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov çıxış edərək, iştirakçılarla fikirlərini bölüşüb, onlara gələcək karyera inkişafında uğurlar arzulayıblar.

Tədbir zamanı məzunlara sertifikatlar və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Parla” təqaüd və inkişaf proqramı maddi dəstəklə yanaşı, iştirakçıların şəxsi və peşəkar inkişafına dəstək göstərmək məqsədilə ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar üzrə təlimlər, “NEQSOL Holding” və onun qrup şirkətlərində təcrübə proqramları, “NEQSOL Academy” və “NEQSOL WellWave” platformalarına çıxış, eləcə də mentorluq düşərgəsi kimi imkanları özündə birləşdirib.

 

 

 

 


 

Xəbər lenti